Bred Pitt özündən 32 yaş kiçik olan aktrisa ilə görüşür - FOTO

Bred Pitt özündən 32 yaş kiçik olan aktrisa ilə görüşür - FOTO
16:03 19 Oktyabr 2017
41 Şou
Ölkə mətbuatı
A- A+

Ancelina Colinin keçmiş həyat yoldaşı Bred Pitt 21 yaşlı gənc aktrisa Ella Pernellə sevgilidir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 53 yaşlı aktyor hazırda Ella Pernellə Stefan Danlerin əsəri əsasında ekranlaşdırılan "Şirin acı" filmi üzərində çalışır. Pitt filmin prodüseri rolunda çıxış edir, Pernel isə baş rolu ifa edir.

Maraqlıdır ki, Bred Pitt və E.Pernel çoxdan tanışdır. Aktrisa karyerasının ilk illərində aktyorun keçmiş xanımı Ancelina Colinin “Malifisenta” filmində çəkilib. Aktrisa filmdə məhz Ancelinaya zahiri oxşarlığına görə rol alıb.

İddialara görə, Coli keçmiş ərinin yeni romanı haqqında artıq bilir və onun bu seçiminə şübhə ilə yanaşır. Çünki Pernel aktyordan 32 yaş kiçikdir.

Bred isə cavan aktrisa ilə sevgili olmasını hələlik şərh etməyib.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/217599.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR