Əlcəzair OPEC+ anlaşmasının uzadılmasını istəyib

Əlcəzair OPEC+ anlaşmasının uzadılmasını istəyib
16:07 19 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ OPEC neft hasilatının azaldılması barədə anlaşmanı uzatmalıdır. "Report" xəbər verir ki, bu açıqlamanı "The Wall Street Journal"a Londonda keçirilən neft-qaz konfransında Əlcəzairin "Sonatrach" dövlət neft-qaz şirkətinin rəhbəri Abdelmumin Uld Kaddur verib.
Qeyd edək ki, Əlcəzairdən öncə bu təkliflə Venesuela və İran çıxış edib, S.Ərəbistanı isə etiraz etmədiyini bildirib. OPEC üzvü olmayan ölkələrdən Rusiya da anlaşmanın uzadılmasına hazır olduğunu qeyd edib.
Kaddur xatırladıb ki, anlaşma ən azı 6 ay, yəni 2018-ci il sentyabr ayının sonuna qədər uzadılmalıdır: "Ötən il imzalanan hasilatın azaldılması barədə anlaşma bizə neft qiymətlərini son 10 ilin minimal səviyyəsi olan 28 dollar/bareldən yuxarı qaldırmağa imkanı verib. Buna baxmayaraq, neft ehtiyatlarında artıq miqdar əriməyib. Ehtiyatlar hələ də yüksək səviyyəyə yaxındır". 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/elcezair-opec-anlasmasinin-uzadilmasini-isteyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR