Kənd Təsərrüfatı Nazirliyi Avropada torpaqların konsalidasiyasını müzakirə edib

Kənd Təsərrüfatı Nazirliyi Avropada torpaqların konsalidasiyasını müzakirə edib
16:12 19 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi Aparatının rəhbəri İlham Bayramov və bitkiçilik şöbəsinin müdir müavini Seymur Səfərli Budapeştdə (Macarıstan) BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Landnet təşkilatının birgə təşkilatçılığı ilə “Torpaqların konsalidasiyası” mövzusunda keçirilimiş növbəti beynəlxalq tədbirdə iştirak ediblər.
Nazirlikdən "Report"a daxil olan məlumata görə, seminarda Avropa, Qafqaz və Orta Asiya ölkələrində bu sahədə mövcud vəziyyət, torpaqların konsolidasiyası üzrə qanunvericilik, strategiya, torpaqların konsolidasiyası tədbirlərinin ən yaxşı təcrübələrinin Avropa İttifaqının (Aİ) üzv dövlətlərinin aqrar inkişaf proqramlarında təcəssümü, Aİ-nin üzv ölkələrində torpaq konsolidasiya prosesləri və üsulları, ayrı-ayrı dövlətlər üzrə bu sahədə xüsusi nümunələr, Avropada torpaq bankları və onların fəaliyyət mexanizmləri, torpaq bazarı və Aİ-na üzv dövlətlərdə torpaqların yenidən formalaşdırılması və təsərrüfat strukturlarının nizamlanması vasitəsilə torpaq parçalanmasını aradan qaldırmaq, torpaqların tərk edilməsinin qarşısını alan siyasət nümunələri və s. mövzular üzrə müzakirələr aparılıb.
Qeyd edək ki, torpaqların konsolidasiyası aclığa son qoymaq, qida təhlükəsizliyinə nail olmaq və dayanıqlı kənd təsərrüfatını təbliğ etməkdə əhəmiyyətli rol oynamaqla BMT-nin "2030 Dayanıqlı İnkişaf Məqsədləri"nin əsas hədəflərinə aiddir. Bunun üçün isə hər bir ölkə torpaqların konsolidasiyası sahəsində milli startegiyasını hazırlamalı və bu sahədə qanunvericiliyi təkmilləşdirməlidir.
Tədbir çərçivəsində FAO-nun dəstəyi ilə Azərbaycanda həyata keçirilən “Torpaqların konsolidasiyası üzrə milli strategiyanın hazırlanması və torpaqların konsolidasiyası üzrə pilot layihə”nin icra vəziyyəti, nəzərdə tutulan fəaliyyətlər və Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində torpaqların konsolidasiyası istiqamətində müəyyən edilmiş tədbirlərin icrasının sürətləndirilməsi məqsədi ilə FAO-nun məsul şəxsləri ilə ayrıca müzakirələr aparılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/ask/kend-teserrufati-nazirliyi-avropada-torpaqlarin-konsalidasiyasini-muzakire-edib67

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR