Amerikalı şoumenin Dağlıq Qarabağa səfəri araşdırılır

Amerikalı şoumen Entoni Burdenin Dağlıq Qarabağa səfəri məsələsi araşdırılır.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. O bildirib ki, araşdırmadan sonra müvafiq qərar veriləcək.

Qeyd edək ki, amerikalı şoumen E. Burden “İnstagram” hesabında Ermənistana, oradan isə helikopterlə Dağlıq Qarabağa yollanmasını əks etdirən foto yayıb. Onun “Parts Unknown” verilişi üçün çəkiliş aparacağı deyilir. //Metbuat.az

Avroliqada qrup mərhələsinin III turu - CƏDVƏL - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR