Əfqanıstanda iki hücum oldu - 11 polis öldü

Əfqanıstanda iki hücum oldu - 11 polis öldü
17:27 19 Oktyabr 2017
41 Dünya
Ölkə mətbuatı
A- A+

Əfqanıstanda törədilmiş iki ayrı-ayrı hücum nəticəsində 11 polis həlak olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, birinci hadisə Nimroz əyalətində baş verib.

Məlumata görə, "Taliban" terror təşkilaıtna mənsub silahlılar polis kortejinə atəş açıblar. İnsident nəticəsində beş polis həlak olub, 3 nəfər yaralanıb.

Fərəh əyalətində isə polis məntəqəsinə hücum nəticəsində 6 polisin həlak olduğu, daha bir nəfərin yaralandığı bildirilir.

Bu hadisəyə görə də məsuliyyəti "Taliban" öz üzərinə götürüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/591860.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR