Ermənilər Xocavənddə tarixi abidələrimizi dağıdır

Ermənilər Xocavənddə tarixi abidələrimizi dağıdır
17:43 19 Oktyabr 2017
25 Digər
Ölkə mətbuatı
A- A+

Dağlıq Qarabağdakı tarixi abidələr separatçı ermənilər tərəfindən məhv edilir.

Publika.az azvision.az-a istinadən xəbər verir ki, hazırda Xocavənd şəhərində yerləşən Qırmızıbazar qəsəbəsində qədim binalar sökülür. Belə ki, həmin binaların yerində 2 çoxmərtəbəli bina inşa ediləcək.

Tikintini aparan "Rafo" şirkətinin direktoru Karen Alaverdyan bildirib ki, artıq işin birinci mərhələsi başlayıb. Məlumata görə, ermənilər hərmin ərazidə 4 mərtəbəli 3 və 4 otaqdan ibarət 2 bina tikilməyi planlaşdırılır.

Qeyd edək ki, Xocavənd rayonu ərazisində Salakətin kəndinin yaxın­lığında (Quruçay vadisində) 1,5 milyon il yaşı olan Azıx mağarası, həmçinin qədim tarixə malik Tağlar mağarası, Tuğ kəndi ərazisində yerləşən V-VIII əsrlərə aid "Ritiş" qalası, Ərgünəş dağının yamacında sıldırım qayalar üzərində yerləşən "Ərgünəş" qalası, Düdükçü kəndi ətrafında XIII əsrə aid "Rzaqulu Bəy" türbəsi, Xocavənd kəndi yaxınlığında "Aşıqlı Qoşa" günbəzi, Böyük Tağlar kəndində "Alban" məbədi (1241-ci il), Tuğ kəndindəki "Qırmızı" məbəd adlı X əsrə aid tarixi memarlıq və incəsənət abidələri və s. var.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/217608.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR