Terrorçulardan Öcalanın fotoları ilə güc nümayişi

PKK terror təşkilatının Suriyadakı qolu olan YPG Raqqa şəhərində güc nümayiş etdirib.

Metbuat.az-ın məlumatına görə, Raqqanı İŞİD terror təşkiatından azad edən Suriya Demokratik Qüvvələri (SDG) şəhərə Abdullah Öcalanın fotolarını yerləşdirib. Terror təşkilatının üzvləri, Öcalanın fotoları ilə şəhər mərkəzində güc nümayişi ediblər.

Qeyd edək ki, ABŞ və SDG-nin Raqqa əməliyyatı 4 ay davam edib. Suriya İnsan Hüquqları Müşahidəçilərinin məlumatına görə, 4 ay davam edən Raqqa əməliyyatında ən az 3250 insan həyatını itirib.

Londonda yerləşən təşkilatın məlumatına görə, öldürülənlərin ən azı 1130-u dinc insanlardır. İyun ayında başlayan əməliyyatda yüzlərlə adam itkin düşüb. Ehtimal edilir ki, bu adamlar məhv edilən binalarda olublar.

Xatırladaq ki, Raqqa, İŞİD-in 2014-cü ildə ələ keçirdiyi ən böyük şəhərlərdən biri idi və terrorçular buranı özlərinə paytaxt hesab edirdilər.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR