Avropa Parlamentinin sədri: "Avropa Kataloniyanın müstəqilliyini qəbul etməyəcək"

Avropa Parlamentinin sədri: "Avropa Kataloniyanın müstəqilliyini qəbul etməyəcək"
18:02 19 Oktyabr 2017
37 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ "Avropa ölkələri Kataloniyanın müstəqilliyini dəstəkləməyəcəklər".
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Avropa Parlamentinin (AP) sədri Antonio Tayani deyib.
Onun sözlərinə görə, Kataloniya böhranı İspaniyanın daxili işidir.
"Avropa dialoqun tərəfdarıdır. Məsələnin həllini İspaniya qanunları və Konstitusiyası çərçivəsində axtarmaq lazımdır", - AP sədri bildirib.
Qeyd edək ki, muxtariyyətin başçısı Karles Puçdemon bü gün İspaniyanın baş naziri Mariano Raxoya məktub yollayaraq Madridi dialoqa razı olmayacaqları təqdirdə region parlamentində müstəqillik elan edilməsi barəsində səsvermə keçiriləcəkləri ilə hədələyib. Bunun cavabında İspaniya hökuməti Konstitusiyanın Kataloniyanın özünüidarəetməsini məhdudlaşdırmağa imkan verən 155-ci maddəsinin tətbiq edilməsinə dair proseduraya start verib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/avropa-parlamentinin-sedri-avropa-kataloniyanin-musteqilliyini-qebul-etmeyecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR