Cocuq Mərcanlıdan xəbər var

Cocuq Mərcanlıdan xəbər var
18:05 19 Oktyabr 2017
38 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində ikinci mərhələdə aparılan bərpa işləri, əlavə olaraq 100 evin, digər infrastrukturların da inşası başa çatmaq üzrədir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Cocuq Mərcanlının bərpasını Böyük Qayıdışın başlanğıcı adlandıran Baş nazirin müavini Əli Həsənov Nazirlər Kabinetinin son iclasındakı çıxışında cənab Prezidentin də bu tarixi hadisəyə bir daha xüsusi önəm verdiyini diqqətə çatdıraraq bildirib ki, hazırda kənddə ikinci mərhələdə aparılan bərpa işləri də cənab Prezidentin tapşırığı və nəzarəti altında həyata keçirilir:

"Ən başlıcası isə dövlətimizin başçısının uğurlu ideoloji siyasətinin nəticəsidir ki, artıq bütün dünya Cocuq Mərcanlı kəndi, vaxtilə onun işğala məruz qalaraq vəhşicəsinə dağıdılması, bu gün isə işğaldan azad olunaraq bərpa edilməsi, bu yerlərin Azərbaycan torpağı olması barədə tam məlumatlıdır ki, bunlar da olduqca mühüm önəm daşıyır".

Qeyd edək ki, Prezident İlham Əliyevin 2017-ci il 15 iyun tarixli Sərəncamına əsasən, Cocuq Mərcanlıda aparılan tikinti-bərpa işlərinin birinci mərhələsində yeni salınan qəsəbədə 50 fərdi yaşayış evi, 96 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası, hidrometeoroloji stansiya inşa edilib, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib. İkinci mərhələdə isə Cocuq Mərcanlıda 100 ev və digər sosial obyektlər tikilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/591873.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR