İraqın şimalındakı muxtariyyət mərkəzi hakimiyyətlə danışıqları müsbət qarşılayıb

İraqın şimalındakı muxtariyyət mərkəzi hakimiyyətlə danışıqları müsbət qarşılayıb
18:17 19 Oktyabr 2017
38 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ İraqın baş naziri Heydər əl-İbadinin dialoqla bağlı çağırışını ölkənin şimalındakı yerli muxtariyyətin başçısı Məsud Barzani müsbət qarşılayıb.
“Report” "Haber7"yə istinadən xəbər verir ki, muxtariyyətin məsul şəxsləri oktyabrın 19-da toplantı keçiriblər.
Onlar İraqda, o cümlədən bölgədə baş verənlərlə bağlı açıqlama yayıblar.
Toplantıdan sonra yerli muxtariyyətin məsul şəxsləri Bağdadla Ərbil arasında dialoqu məmnuniyyətlə qarşıladıqlarını bildiriblər.
Açıqlamada Bağdadla Ərbil arasında dialoqun qurulması üçün beynəlxalq vasitəçilərdən yardım istənilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-raqin-simalindaki-muxtariyyet-merkezi-hakimiyyetle-danisiqlari-musbet-qarsilayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR