Prezident İlham Əliyev Türkiyəyə gedib

Prezident İlham Əliyev Türkiyəyə gedib
18:29 19 Oktyabr 2017
48 Digər
Ölkə mətbuatı
A- A+

Oktyabrın 19-da prezident İlham Əliyev Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə D-8 Zirvə görüşündə xüsusi qonaq qismində iştirak etmək üçün İstanbula gedib. Lent.az-ın AzərTAC-a istinadən məlumatına görə, İstanbulun Atatürk Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.

 

Dövlət başçısı fəxri qarovul dəstəsini salamlayıb.

 

Azərbaycan Prezidentini İstanbul valisi Vasip Şahin və digər rəsmi şəxslər qarşılayıblar.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/286056

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR