Yaponiyada Azərbaycan multikulturalizmi dərsləri başlayıb

Yaponiyada Azərbaycan multikulturalizmi dərsləri başlayıb
18:47 19 Oktyabr 2017
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ Yaponiyanın ən güclü 5 ali təhsil müəssisəsindən biri olan Hokkaydo Universitetində Azərbaycanın multikulturalizm modeli ilə bağlı müntəzəm dərslərə start verilib.
Bu barədə "Report"a Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən məlumat verilib.
Dərslər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Hokkaydo Universiteti Slavyan Avrasiya Araşdırmalar Mərkəzinin cari ilin may ayında əldə edilən razılaşması əsasında baş tutub. Fənni Hokkaydo Universitetində konfliktologiya elmləri üzrə PHD təhsili alan yaponşünas alim, Yaponiya hökumətinin dövlət təqaüdçüsü Əlibəy Məmmədov tədris edir. Tədrisə hazırlıqlara avqust ayından start verilib və ali təhsil müəssisəsinin düşərgəsində eyni zamanda elektron ünvanında dərslərlə bağlı elanlar paylaşılıb. Dərslər yapon dilində keçirilir.
Azərbaycan multikulturalizm dərsləri üçün qeydiyyatdan keçən yaponiyalı tələbələr arasında gələcəkdə Azərbaycanda təhsil almaq, bu ölkədə iş qurmaq və eyni zamanda Yaponiya universitetlərində Azərbaycanla bağlı dərs demək istəyən və bu məqsədlə Azərbaycanın mədəniyyəti, tarixi, ədəbiyyatı və multikultural durumu ilə bağlı biliklərə yiyələnmək istəyənlər çoxluq təşkil edir. 

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/yaponiyada-azerbaycan-multikulturalizmi-dersleri-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR