Azərbaycan Aşıqlar Birliyi Türkiyəyə gedəcək

Azərbaycan Aşıqlar Birliyi Türkiyəyə gedəcək
19:12 19 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/  Azərbaycan Aşıqlar Birliyi "Qorqud Ata Aşıqlar Karvanı" beynəlxalq aşıq festivalının bağlanış mərasimində iştirak etmək üçün Türkiyəyə gedəcək.
Bunu "Report"a açıqlamasında Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı deyib.
O qeyd edib ki, tədbir noyabrın 24-də baş tutacaq: "Azərbaycan da bu tədbirin təşkilatçılarından biridir. Kiprdə açılışı keçirilən festival Özbəkistan, Qazaxıstan və Azərbaycanda davam edib. Bağlanış mərasimi noyabrın 24-də Türkiyədə olacaq. Ona görə də bağlanış tədbirinə ciddi hazırlaşırıq. Festivalın gələn ilin payızında yenidən təşkil olunması planlaşdırılır. Növbəti dəfə festivala 10-a yaxın türkdilli ölkənin cəlb edilməsi planlaşdırılır".

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/azerbaycan-asiqlar-birliyi-turkiyeye-gedecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR