“Barselona” Harri Keyni istəyir

“Barselona” Harri Keyni istəyir
19:14 19 Oktyabr 2017
33 Digər
Ölkə mətbuatı
A- A+

“Tottenhem”in hücumçusu Harri Keyn daha bir Avropa nəhənginin maraq dairəsinə düşüb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu uğrunda “Real”la mübarizəyə əzəli rəqibi “Barselona” da qoşulub.

Kataloniya klubunun idman direktoru Roberto Fernandes Çempionlar Liqasının III turunda keçirilən “Real” - “Tottenhem” (1:1) matçını “Santyaqo Bernabeu” stadionundan canlı izləyib. Fernandesin məqsədi Keynlə yanaşı, yarımmüdafiəçi Kristian Eriksenin oyununa baxmaq olub. “Barselona” rəhbərliyi danimarkalı pleymeykeri “Liverpul”un lideri Koutinyoya alternativ hesab edir.

Qeyd edək ki, Harri Keyn üçün bir müddət əvvəl “Real”dan təklif alan “Tottenhem” hücumçunun qiymətinin 200 milyon funt-sterlinq olduğunu bəyan edib.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/286059

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR