VİDEO:Sevgilisinin qollarında ölən 16 yaşlı qızın son sözləri -

Türkiyənin Bursa şəhərində dəhşətli hadisə baş verib.

Metbuat.az-ın məlumatına görə, 16 yaşlı qız evdən qaçmaq istərkən 3-cü mərtəbədən yıxılaraq, həyatını itirib. Məlum olub ki, Kübra adlı qızın qardaşları onun sevgilisi ilə görüşməsini istəməyib. Bu üzdən onlar yeniyetmənin telefonunu alaraq, evə həbs edib. İstədiyi qızdan xəbər tuta bilməyən oğlan, onun yaşadığı binanın qarşısına gəlib.

Kübra sevgilisinə atdığı məktubda evdən qaçacağını qeyd edib. O, parçaları bir-birinə bağlayaraq evdən qaçacağını yazıb. Kübra məktubunda yerə düşəcəyindən qorxduğunu da qeyd edib.

O bu yolla qaçmağa çalışarkən sevgilisinin gözləri önündə 10 metr yüksəklikdən düşərək, həyatını itirib. Hadisə ilə bağlı cinayət işi açılıb.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR