186 yaşlı tısbağası HOMOSEKSUAL ÇIXDI - FOTO

186 yaşlı tısbağası HOMOSEKSUAL ÇIXDI - FOTO
19:33 19 Oktyabr 2017
69 Digər
Ölkə mətbuatı
A- A+

Dünyanın ən yaşlı tısbağası Conatanın homoseksual olduğu ortaya çıxıb.

Publika.az xəbər verir ki, 186 yaşlı tısbağanın 1991-ci ildən bəri bərabər yaşadığı sevgilisi əslində erkək tısbağa imiş.

Conatan Atlantik okeanın cənubundakı Seynt Helena adasına 1900-cu ildə şəhər merinə hədiyyə olaraq gətirilib. 1991-ci ildə isə onun yanında cütləşmək üçün daha bir tısbağa gətiriblər. Dişi zənn edilən tısbağaya Frederika adı verilib. Onlar 26 ildir cütləşsələr də övladları olmayıb.

Bu yaxınlarda xəstələnən Frederikanın baytar müayinəsi zamanı erkək olduğu ortaya çıxıb. İndi onun adı dəyişdirilərək Frederik qoyulub.

Pərviz Hüseyn


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/217619.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR