​Prezident öz maaşını azaltdı -

Rusiya prezidenti Vladimir Putin dövlət başçısının və bir çox dövlət rəsmilərinin əmək haqlarının azaldılması barədə imzaladığı sərəncamın müddətini daha bir il uzadıb.

Metbuat.az-ın məlumatına görə,Qərara əsasən prezidentin, baş nazirin, onun müavinlərinin və nazirlərin, həmçinin baş prokurorun, İstintaq Komitəsinin və Mərkəzi Seçki Komissiyasının rəhbərinin maaşı 10% azaldılıb.

Sərəncamın müddəti 2018-ci il dekabrın 31-dək uzadılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR