Qoca meymun insan kimi davrandı - VİDEO - FOTO

Qoca meymun insan kimi davrandı - VİDEO - FOTO
19:47 19 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bəzən heyvanların reaksiyaları, davranışları insan davranışından fərqlənmir.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Hollandiyanın Arnem şəhərindəki Kral Burqer Zooparkında saxlanan 59 yaşlı şimpanze "Mama" bərk xəstələnib.

Yeməkdən və sudan imtina edən Mama volyerində samanlara uzanaraq kimsəni dinləmirdi, kimsədən yemək götürmürdü.

Naçar qalan zoopark əməkdaşları professor Yan van Hoffu çağırıblar. Professor şimpanze Mamanı 1972-ci ildən tanıyırdı.

Ölüm ayağında olan şimpanze köhnə dostunu dərhal tanımasa da, sonradan professoru sığallamağa başlayıb. Mama dostunu tanımışdı.

Mama onu sevən, qayğısına qalan professorla vidalaşandan bir həftə sonra ölüb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Qoca meymun insan kimi davrandı


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/591645.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR