Şəkiyə bacısıgilə qonaq gəlmişdi, intihara...

Şəkiyə bacısıgilə qonaq gəlmişdi, intihara...
19:48 19 Oktyabr 2017
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəkidə 45 yaşlı qadın intihara cəhd edib.

Publika.az xəbər verir ki, bu gün saat 17 radələrində Şəmkir rayonu Dəllər Cəyir kənd sakini, 1972-ci il təvəllüdlü Mehriban Aydınpaşa qızı Məsimova Şəki rayonunun Çeşməli kəndində qonaq gəldiyi bacısı evində baş örpəyi ilə özünü asaraq intihar etmək istəyib. 45 yaşlı Mehriban Məsimova son anda yaxınları tərəfindən xilas edilib. Qadın təcilli yardım maşını ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

M. Məsimova reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/217628.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR