Keçmiş prezidenti cərimələdilər -

İran Dövlət Nəzarət şurası, 2009-cu il əldə edilən neft gəlirlərinin intizamsız xərclənməsində təqsirli bilinən keçmiş prezident Mahmud Əhmədinejad barəsində yekun qərarını verib.

Metbuat.az "Timeturk"ə istinadən xəbər verir ki, şura, gəlirlərin kor-təbii xərclənməsi səbəbilə büdcəyə dəyən 3,5 milyard dolların kompensasiya edilməsini qərarlaşdırıb.

İran parlamentinin Planlaşdırma və Büdcə Komissiyasının rəhbəri Qulamrza Tacge yerli mətbuata müsahibəsində, məsələnin çox ciddi araşdırıldığını, tam dəqiqləşdikdən sonra cəmiyyətə məlumat verildiyini deyib.

Qeyd edək ki, dövlət şurasının qərarına əsasən, sabiq dövlət başçısı 3,5 milyard dolları büdcəyə geri qaytarmağa məhkum edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR