Tovuzda uşaq su ilə dolu hamam vannasına düşdü

Tovuzda uşaq su ilə dolu hamam vannasına düşdü
19:57 19 Oktyabr 2017
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuz rayonunda uşaq hamam vannasına düşərək boğulmaq təhlükəsi ilə üzləşib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, rayonun Yanıqlı kənd sakini, 1 yaş 6 aylıq Rüstəmzadə Nurlan Niyaməddin oğlu evdə valideynlərinin gözündən yayınaraq su ilə dolu hamam vannasına düşüb.

Valideynləri tez onu sudan çıxarsalar da, uşağın halı pisləşdiyindən onu xəstəxanaya aparıblar. Hazırda uşağa tibbi yardım göstərilir.
 
Vəziyyəti orta ağırdır.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/591936.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR