Əfqanıstanda ölənlərin sayı 45 nəfərə çatdı -

Əfqanıstanın Qəndəhar əyalətindəki hərbi bazaya hücum təşkil olunub.

Metbuat.az-ın məlumatına görə, kamikadzelərin minalanan avtomobilləri bazanın yaxınlığında partlatması nəticəsində 45 əsgər həlak olub, çoxlu sayda yaralı var. Hücuma görə məsuliyyəti Taliban terror qruplaşması üzərinə götürüb.

Qeyd edək ki, son 3 gündə Əfqanıstanda törədilən terror aktları nəticəsində 150-yə qədər təhlükəsizlik əməkdaşı dünyasını dəyişib.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR