Ən yaşlı tısbağa "mavi" çıxdı - FOTO

Ən yaşlı tısbağa "mavi" çıxdı - FOTO
20:27 19 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Dünyanın ən yaşlı tısbağası sayılan Conatanın "cinsi azlıq" mənsubu olduğu aşkarlanıb. Sən demə, onun 26 ildən bəri "ailə" kimi birlikdə yaşadığı Federika adlı tısbağa dişi yox, erkəkmiş.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 186 yaşlı tısbağa Conatan Müqəddəs Yelena adasında yaşayır. 26 il əvvəl onun yanına Federika adlı tısbağa buraxılmışdı. Baytar həkim Co Hokkinsin dediyinə görə, məqsəd bu tısbağalardan bala almaq, onların nəslini artırmaqdı.

"Federikin əslində Federika olması bizi də heyrətləndirib. Belə sürprizi ağlımıza da gətirməzdik", - Co Hokkins deyib.

Onun sözlərinə görə, Federiklə Conatan 1991-ci ildən bəri "ailə"dir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/591647.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR