Dövlət İmtahan Mərkəzi (DİM) Vergilər Nazirliyi ilə birgə 2017-ci il oktyabrın 21-də “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin musabiqəsinin keçirilməsi haqqında» Əsasnaməyə müvafiq olaraq vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.
DİM-dən Publika.az-a verilən məlumata görə,
namizədlər 20 oktyabr saat 18:00-dək “İmtahana buraxılış
vərəqəsi”ni Vergilər Nazirliyinin inzibati binasından (Bakı şəhəri,
Yasamal rayonu, ak. Landau küçəsi 16) götürməlidirlər.
İmtahan saat 11:00-da başlayır və Bakı şəhərində 3 binada təşkil
olunacaq.
İmtahanda iştirak etmək üçün 986 namizəd qeydiyyatdan keçib.
İmtahanda namizədlərə 100 test tapşırığı təqdim olunur. Onlardan 80
sual qanunvericilik sahəsi üzrə, 10 sual informatika üzrə, 10 sual
isə məntiqi nəticə çıxarmaq bacarıqlarının yoxlanılması üçün
nəzərdə tutulur. Qanunvericilik üzrə suallar Vergilər Nazirliyi,
digər suallar isə DİM tərəfindən hazırlanır.
Müsabiqənin test imtahanı mərhələsinin suallarını (məntiq və
informatika sahələri üzrə suallar istisna olunmaqla) özündə əks
etdirən ədəbiyyat siyahısı Vergilər Nazirliyinin rəsmi internet
saytının (www.taxes.gov.az) “İşə qəbul. Müsabiqələr” bölməsinin
müvafiq altbölməsində yerləşdirilib.
İmtahan 3 sааt dаvаm еdəcək. Hər suаl 1 bаllа qiymətləndirilir.
İmtаhаn nəticəsində ümumi bаlı 70 və dаhа аrtıq оlаn nаmizədlər
növbəti mərhələyə burахılacaqlar.