İvitsa Oliç yenidən Xorvatiya millisində

İvitsa Oliç yenidən Xorvatiya millisində
20:57 19 Oktyabr 2017
42 İdman
Ölkə mətbuatı
A- A+

"Bayern Münhen"in sabiq futbolçusu İvitsa Oliç məşqçilik karyerasına başlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, gənc mütəxəsis Xorvatiya millisinin məşqçilər korpusuna daxil edilib. məlumatı Xorvatiya Futbol Federasiyası yayıb. Oliç baş məşqçi səlahiyyətlərini icra edən Zlatko Daliçə kömək edəcək.

"Yenidən Xorvatiya millisinin bir parçası olmaq mənə xoşdur. Daliçə göstərdiyi etimada görə təşəkkür edirəm. Ümumi məqsədə çatmaq üçün əlimdən gələni edəcəm".

Oliç futbolçu karyerasını cari mövsümün əvvəlində başa vurub. Onun son olaraq şərəfini qoruduğu "Munchen 1860" 2-ci Bundesliqada yerini qoruya bilməyəndən sonra xorvat hücumçu butslarını mismardan asmağa qərar vrmişdi. O, millinin heyətində 104 oyun keçirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/591846.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR