Sitrus meyvələri bahalaşıb - REPORTAJ - VİDEO

Sitrus meyvələri bahalaşıb - REPORTAJ - VİDEO
21:05 19 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakıda bazarlara yeni çıxarılan sitrus meyvələrinin qiyməti ötən illərlə müqayisədə 30-50 qəpik arasında artıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, səbəb kimi isə meyvələrin yetişdirildiyi rayonlarda quraqlığın hökm sürməsi olub. Satıcıların sözlərinə görə, bir həftə olar ki, sitrus meyvələri bazara çıxarılıb. Əsasən Astara və Lənkərandan gətirilən bu meyvələrin qiymətində müxtəlif məbləğdə artım var.
Həm məhsulun bazara yeni çıxarılması, həm də qiymətlərin baha olması alıcı qıtlığına da səbəb olub.
Bazarda yerli sitrus meyvələri ilə yanaşı xaricdən gətirilən meyvlər də alıcılara təklif edilir. Satıcılar deyir ki, xaricdən gətirilən meyvələrin qiymətində heç bir dəyişiklik yoxdur.
Fermerlərdə qiymətlərin artmasına səbəb kimi quraqlığın olmasını göstərirlər. Astaralı fermer Elşad Höccətov deyir ki, ötən il hər naringi ağacından 40 kiloqram məhsul yığa bilmişdilərsə, bu il məhsul 30 kiloqram olub.
Əsasən yerli bazara üstünlük verən təsərrüfat sahibləri bildirir ki, hazırki qiymət onların çəkdiyi zəhməti ödəmir. Səbəb isə məhsulun az və xırda olmasıdır. Feyxoa bağlarında məhsul yığımı sentyabr ayının sonlarından başlayaraq noyabr ayına qədər davam edir. Lakin təsərrüfatçılar əsas qazancı yığımın ilk dövrlərində, feyxoanın qiymətinin yüksək olan vaxtlarda götürürlər. Bu il qiymət onların gözlədiyindən də yüksək olub. Ənənəvi olaraq bir kiloqramını 50 qəpik -1 manata satdıqları feyxoa bu il 1manat 20 qəpiyə satılır. Fermerlər məhsuluntam yetişdikdən və yığıldıqdan sonra qiymətlərin düşəcəyini bildirir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/591947.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR