Sərnişin avtobusunda hələ belə təhlükəli hərəkət olmamışdı - VİDEO

Sərnişin avtobusunda hələ belə təhlükəli hərəkət olmamışdı - VİDEO
21:27 19 Oktyabr 2017
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Sərnişinlə dolu avtobus yüksək surətlə hərəkət edir. Avtobusun hər iki qapısından isə bir neçə sərnişin sallaşıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu azmış kimi onlar yolda hərəkət edən digər avtomobillərə əl-qol hərəkəti etməklə yanaşı təpik də atırlar.
Bakı-Şamaxı yolunda lentə alınan kadrlardan aydın görünür ki, 114 nömrəli avtobusun içərisi tam dolduğundan sərnişinlərin bəziləri çöldə qalıb.
Avtobusun qapılarını bağlamadan hərəkət etdirən sürücü sərnişinlərin həyatını təhlükəyə atmaqla yanaşı, digər yol hərəkəti iştirakçıları üçün də təhlükə yaradır.
Biz də bu görüntüləri araşdıraraq, həmin sürücünü tapmaq istədik. Ancaq 114 saylı xəttin dispetçeri bildirdi ki, həmin sürücü artıq işdən çıxarılıb.
Qeyd edək ki, bu şəkildə sərnişindaşıma qaydalarının pozulmasına görə avtobus sürücüsünü 60 manat və 3 cərimə balı gözləyir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Sərnişin avtobusunda hələ belə təhlükəli hərəkət olmamışdı


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/591953.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR