Bakıda sahibsiz bağlardan yığılan zeytun hara gedir?

Bakıda sahibsiz bağlardan yığılan zeytun hara gedir?
22:17 19 Oktyabr 2017
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda və Abşeron yarımadasında yol kənarlarında olan sahibsiz zeytun bağlarından fərdi şəxslər tərəfindən yığılan zeytun "Azərsun" Holdinqin qəbul məntəqələrinə təhvil verilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Azərsun" Holdinqin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afiq Səfərov məlumat verib.

Qurum rəsmisi bildirib ki, Bakı və Abşeron yarımadasındakı sahibsiz zeytun bağlarından yığılan zeytun "Azərsun" Holdinq tərəfindən qəbul edilir: "Bizim öz zeytun bağlarımız da var. Oradan da, sahibsiz bağlardan yığılan zeytunu da qəbul edirik. Bunun üçün qəbul məntəqələrimiz var. Vətəndaşları təqdim etdikləri seytun standartlara cavab verdiyi halda, onu qəbul edib istehsala göndəririk".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/591968.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR