Hüseyn İsmayılov Avropa çempionatında bürünc medal qazandı

Hüseyn İsmayılov Avropa çempionatında bürünc medal qazandı
22:17 19 Oktyabr 2017
27 İdman
Ölkə mətbuatı
A- A+

Oktyabrın 15-dən 22-dək Albaniyanın Dürres şəhərində keçirilən yaşı 20 və 23-ə qədər gənclər arasında ağır atletika üzrə Avropa çempionatı davam edir.

Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) Milli.Az-a verilən məlumata görə, yarışda 36 ölkədən 405 atletin (170 qadın və 235 kişi) körpücük üzərinə çıxması gözlənilir.
Turnirdə Azərbaycanın gənclərdən ibarət yığma komandasının üzvləri də iştirak edirlər.
Onlardan daha biri - Hüseyn İsmayılov yaşı 20-yə qədər olan kişilərin 94 kq çəki dərəcəsində medal mübarizəsinə qoşulub. Atletimiz uğurlu çıxışla yadda qalıb.
Hüseyn birdən qaldırma hərəkətində 158 kq-ı ram edib və bu hərəkətdə bürünc medal qazanıb. On səkkiz yaşlı atletimiz təkanla qaldırma hərəkətində 188 kq-ı qaldıraraq bu hərəkətdə 4-cü olub.
Hüseyn İsmayılov toplam 346 kq (158+188) nəticə ilə Avropa çempionatının yekun sıralamasında 3-cü yeri tutub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/591967.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR