Donald Tramp və Antonui Quttereş BMT-dəki islahatları müzakirə edəcək

Donald Tramp və Antonui Quttereş BMT-dəki islahatları müzakirə edəcək
23:02 19 Oktyabr 2017
45 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp və BMT-nin baş katibi Antoniu Quttereş oktyabrın 20-də Vaşinqtonda görüşəcəklər.
"Report"un məlumatına görə, bu barədə RİA "Novosti" xəbər verib.
BMT rəhbərinin rəsmi nümayəndəsi Stefan Dyujarrik görüşün Ağ Evdə baş tutacağını bildirib. O, qeyd edib ki, beynəlxalq təşkilatın baş katibi cümə günü Vaşinqtona gedəcək.
Antoniu Quttereş həmçinin Küveyt-ABŞ Fondu tərəfindən təşkil olunan şam ziyafətində də iştirak edəcək.
Stefan Dyujarrik əlavə edib ki, tərəflər şübhəsiz ki, BMT-dəki islahatları müzakirə edəcəklər.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/donald-tramp-ve-antonui-qutteres-bmt-deki-islahatlari-muzakire-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR