30 dərəcəyə yaxın şaxta olacaq - HAVA PROQNOZU

30 dərəcəyə yaxın şaxta olacaq  - HAVA PROQNOZU
13:04 9 Yanvar 2015
174 Sosial
Ölkə mətbuatı
A- A+

Yağıntılar kəsəcək

Bakı və Abşeron yarımadasında yanvarın 10-da hava şəraiti dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, cənub-qərb küləyi arabir güclənəcək.

 

Gecə 1-4 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacaq. Rayonlarda da havanın əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə dumanlı olacağı gözlənilsə də, lakin cənub bölgəsində  arabir yağıntılı olacağı gözlənilir.

 

Bölgələrdə  cənub-qərb küləyinin əsasən dağlıq ərazilərdə arabir güclənəcəyi gözlənilir. Aran rayonlarında havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 12-17 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 23-28 dərəcə şaxta, gündüz isə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR