Azərbaycan neftinin SON QİYMƏTİ

Azərbaycan neftinin SON QİYMƏTİ
23:22 19 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 18-də 58,84 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,16 dollar/barel çoxdur.

Milli.Az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 18-də 58,03 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,22 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 18-də 55,74 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,07 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 18-də 57,68 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,34 dollar/barel çoxdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/591984.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR