Avropa Parlamentində erməni təxribatının qarşısı alındı

Avropa Parlamentində erməni təxribatının qarşısı alındı
23:48 19 Oktyabr 2017
30 Digər
Ölkə mətbuatı
A- A+

18-19 oktyabr 2017-ci il tarixində Brüsseldə erməni diasporunun təşkilatçılığı ilə Avropa ermənilərinin 4-cü “konqresi” keçirilib.

Publika.az Trend-ə istinadən xəbər verir ki, konqres çərçivəsində Avropa Parlamentinin binasında keçirilən sessiya zamanı Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycanın ərazisi Dağlıq Qarabağda yaradılan qondarma rejim “nümayəndələri”nin iştirakı ilə təxribat törədilməsi nəzərdə tutulurdu.

İşğalçı rejimin “başçısı” Bako Saakyanın əlaltıları ilə Brüsselə gəlməsinə və “konqres”də iştirak etmək cəhdlərinə baxmayaraq, atılan addımlar nəticəsində qondarma rejim “nümayəndələri”nin Avropa Parlamenti binasında keçirilən tədbirdə iştirakının və çıxışının qarşısı alınıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/217644.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR