Gömrük rəsmisi "The Voice" iştirakçısını öldürüb, intihar etdi - FOTO

Gömrük rəsmisi "The Voice" iştirakçısını öldürüb, intihar etdi - FOTO
00:52 20 Oktyabr 2017
94 Dünya
Ölkə mətbuatı
A- A+

"The Voice" (Səs) mahnı müsabiqəsinin iştirakçısı keçmiş əri tərəfindən öldürülüb.

Milli.Az Britaniya mediasına istinadla bildirir ki, qadın iştirakçını öldürən ər daha sonra özünə atəş açaraq intihar edib.

San Sreylai adlı 23 yaşlı ulduz Kambocanın paytaxtındakı lüks marketdə yerləşən gözəllik klinikasında qətlə yetirilib. Onu keçmiş əri, 53 yaşlı gömrük rəsmisi Chey Rin öldürüb.

Polis mətbuata cinayətlə bağlı açıqlama verməkdən çəkinib. Onlar bildirib ki, hadisə ilə bağlı istintaq davam edir.

San Sreylai Kambocada yayımlanan "The Voice" müsabiqəsinin finalçılarından olub. Onun ölüm anı klinikanın təhlükəsizlik kamerasına düşüb.

Emin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/591992.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR