Gürcüstanda azərbaycanlı namizədi güllələdilər

Gürcüstanda azərbaycanlı namizədi güllələdilər
01:19 20 Oktyabr 2017
60 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstan Daxili İşlər Nazirliyi hakim “Gürcü Arzusu” Partiyasının Marneuli rayonunun Qızılhacılı kəndi üzrə majoritar namizədi Ceyhun Çovdarovun ötən gün gecə saatlarında güllələnməsi ilə bağlı cinayət işi başlayıb.

 

APA-nın yerli bürosunun məlumatına əsasən, “Gürcü Arzusu” partiyasının kənddəki qərargahı yaxınlığında silahlı hücuma məruz qalmış C.Çovdarov və onu müşayiət edən üç nəfər yerli xəstəxanaya yerləşdirilib və təcili əməliyyat olunublar. Onlardan ikisinin yüngül yara aldığı bildirilir. 

 

Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrişvili hadisə ilə bağlı Marneuliyə səfər edib. O, Qızılhacılı kəndində hadisə yerinə baş çəkib. Nazir hadisə ilə bağlı xüsusi bəyanatla çıxış edəcək. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/286077

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR