"Hər şey daha yaxşı ola bilərdi"

"Hər şey daha yaxşı ola bilərdi"
02:32 20 Oktyabr 2017
115 İdman
Ölkə mətbuatı
A- A+

"Villarreal"ın formasını geyinən Karlos Bakka uğursuz alınan "Milan" karyerası barədə danışıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, kolumbiyalı forvard son illərin ən zəif "Milan"ında forma geydiyini bildirib.

"Milan"da keçirdiyim illəri qənaətbəxş adlandırmaq olar. Qarşıya qoyulasn məqsədlərə çatdım. Hər şey daha yaxşı ola bilərdi. Amma belə vəziyyətdə komandanın direktorlarının köməyi tələb olunur. Tarixin ən pis "Milan"ında oynadım. 30 ildən sonra Silvio Berluskoni klubu satdı. Baş məşqçi Vinçnzo Montella və klubun yeni sahibləri aramızda fikir ayrılıqları mövcud idi. Oranı başıuca tərk etdim. "Milan" Avrokuboklara vəsiqə qazandı, mənim çalışdığım bu idi. Onlar Avroliqada mübarizə aparması məni sevindirir. Məqsədim bu idi".

31 yaşlı hücumçunun transfer hüquqları "rossoneri"yə məxsusdur. Müqavilə 2020-ci ilin yayında bitəcək. "Villarreal" Bakkanı 15.5 milyon avroya daimi transfer etmək hüququna malikdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/591986.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR