DİN-dən Marneulidəki güllələnmə ilə bağlı - AÇIQLAMA

DİN-dən Marneulidəki güllələnmə ilə bağlı - AÇIQLAMA
02:44 20 Oktyabr 2017
82 Digər
Ölkə mətbuatı
A- A+

Marneulinin Qızılhacılı kəndində azərbaycanlı majoritar namizəd Ceyhun Çovdarov və onu müşayiət edən üç şəxsin güllələnməsi ilə bağlı intensiv istintaq və əməliyyat tədbirləri həyata keçirilir.

 

APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Marneulidə olan Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrişvili deyib.

 

Nazir insidenti siyasiləşdirməməyə və ilkin versiyalardan çəkinməyə çağırıb: “İnsidentlə bağlı istintaq aparılır və bütün versiyalar nəzərdən keçirilir. Həkimlərin dediyinə görə, yaralı şəxslərin həyatı təhlükədə deyil”. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/286078

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR