Əməliyyatdan sonra inanılmaz dəyişilən məşhurlar - FOTO

Əməliyyatdan sonra inanılmaz dəyişilən məşhurlar - FOTO
03:32 20 Oktyabr 2017
109 Maraqlı
Ölkə mətbuatı
A- A+

Milli.Az axşam.az-a istinadən estetik əməliyyatla inanılmaz dərəcədə dəyişilən məşhurlar haqda məlumat verir:

1976-cı ildə 67 yaşında atletika olimpiadasında qızıl medal qazanan idmançı Brus Cenner 2015-ci ildə arvadından boşanıb və cinsiyyət dəyişdirmə əməliyyatı ilə qadına çevrilib. Bundan sonra o, özünə Ketrin Cenner adı götürüb.

Canes Dikenson bir zamanların ən gözəl modeli olub. Hətta "Vogue" jurnalının üz qabığında 37 dəfə çəkilib. Gənc olarkən döş xərçənginə tutulub. İlk əməliyyatı onda keçirib və xəstəlikdən birdəfəlik qurtulub. Daha sonra bir neçə dəfə estetik əməliyyatlar etdirən Canesin son halı görənləri məyus edir.

Məşhur televiziya aparıcısı Aaron Spellinqin aktrisa qızı Tori Spellinq ilk əməliyyatı 16 yaşında etdirib. Burnunu düzəltdirən və sinəsinə silikon qoyduran aktrisa nəticədən məmnun qalmasa da, amma artıq gec olub. Hazırda Tori 5 uşaq anasıdır.

Aktrisa kimi məşhurlaşıb, daha sonra moda ilə məşğul olmağa başlayan Meri-Keyt Olsen də uğursuz əməliyyat qurbanlarından biridir. Burun, dodaq, yanağındakı dəyişiklik daha çox onun sevənləri tərəfindən bəyənilmir.

Aktrisa Lindsi Lohan bir ara depressiyaya düşdü. Bundan sonra 31 yaşlı aktrisa estetik əməliyyat keçirmək qərarı verib və üzündə edilən dəyişiklik onu daha yaşlı göstərməyə başlayıb.

Əməliyyatla yaşından böyük görünən daha bir ulduz isə Meqan Foksdur. O, burun, dodaq, yanaq əməliyyatı etdirib.

Bella Thore ilk əməliyyatı 16 yaşında etdirib. Hazırda 20 yaşı olan Bella 4 il ərzində bir çox estetik dəyişikliklə məşhurlaşacağını zənn etsə də, sevənləri onun əvvəllər daha məsum göründüyünü qeyd ediblər. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/591691.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR