Bakıda gənc oğlana restoranın qarşısında qonşusu 4 bıçaq zərbəsi vurub

Bakıda gənc oğlana restoranın qarşısında qonşusu 4 bıçaq zərbəsi vurub
06:52 20 Oktyabr 2017
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bakıda gənc oğlana restoranın qarşısında qonşusu 4 bıçaq zərbəsi vurub.
"Report" xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb.
Belə ki, Bakı-Salyan şossesində yerləşən "Qurman" restoranında əlbəyaxa dava olub.
Dava zamanı 1992-ci il təvəllüdlü Mirzəyev Elvin Hacı oğlu qonşuluğunda yaşayan şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, zərərçəkənin bədən və ayaq nahiyələrinə ümumilikdə 4 bıçaq xəsarəti yetirilib.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-genc-oglana-restoranin-qarsisinda-qonsusu-4-bicaq-zerbesi-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR