Bakıda gənc qız kürəyindən bıçaqlanıb

Bakıda gənc qız kürəyindən bıçaqlanıb
07:52 20 Oktyabr 2017
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bakıda gənc qız kürəyindən bıçaqlanıb.
"Report"un məlumatına görə, hadisə Xəzər rayonunda baş verib.
Buzovna qəsəbəsində 1997-ci il təvəllüdlü İbrahimova Fazilə Famil qızı naməlum şəraitdə kürək nahiyəsindən bıçaq xəsarəti alıb. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Yaralı tibbi əməliyyatdan sonra yıxılaraq xəsarət aldığını bildirib. Faktla bağlı Xəzər Rayon Polis İdarəsinə məlumat verilib. Polis əməkdaşları F.İbrahimovadan ilkin izahatı alarkən məlum olub ki, o, oğlan dostu ilə mübahisə zamanı bıçaqlanıb.
Fakt araşdırılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-genc-qiz-kureyinden-bicaqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR