Tarixdə ilk dəfə nəhəng robotların dueli - VİDEO

Tarixdə ilk dəfə nəhəng robotların dueli - VİDEO
08:03 20 Oktyabr 2017
59 Digər
Ölkə mətbuatı
A- A+

Yaponiyada köhnə zavod binasında Amerikanın "MegaBots" şirkəti tərəfindən iki robot maşın - "Iron Glory" və "Eagle Prime", Suidobashi Heavy Industry şirkətinin hazırladığı "Kuratas" döyüş robotu ilə mübarizə aparıblar.

Publika.az xəbər verir ki, iki dueldən ibarət döyüşün birinci hissəsində pnevmatik toplarla silahlandırılmış "Iron Glory" və böyük polad yumruğa malik "Kuratas" robotunun texnikası müqayisə edilib.

Yaponiyalı və amerikalı mütəxəssislər bu layihədə texnologiyanın döyüş sahəsində nə dərəcədə güclü mövqeyə malik olmasını sübut etmək istəyiblər. Nəticədə Yaponiya istehsalı olan robot məğlub olub.

Mütəxəssislər bu sahəni idmanın yeni qolu adlandırıb və inkişaf məqsədilə bu kimi duellərin sayının artırılmasını təklif edib.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/217657.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR