Nəqliyyat deposu uçuldu: 8 nəfər öldü - Hindistanda

Nəqliyyat deposu uçuldu: 8 nəfər öldü - Hindistanda
10:27 20 Oktyabr 2017
22 Dünya
Ölkə mətbuatı
A- A+

Hindistanın Tamilənd ştatında nəqliyyat deposunun uçulması nəticəsində 8 nəfər həlak olub, daha 3 nəfər xəsarət alıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Porayar yaşayış məntəqəsi yaxınlığında gecə saatlarında baş verib.

Hadisə zamanı depoda yalnız növbədən qayıtmış avtobus sürcülərinin, konduktorların olduğu bildirilir.

Deponun hansı səbəbdən dağılması ilə bağlı dəqiq məlumat yoxdur. Polisin ilkin ehtimalına görə, səbəb son günlər ştatda yağan aramsız yağışlar ola bilər. Belə ki, güclü yağışlardan sonra torpaqda sürüşümələr baş verib.

Bununla belə depo yerləşən binanın 60 illik tarixi olduğu da vurğulanır, belə ki, bina 1952-ci ildə tikilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/592034.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR