Avropa Liqasında rekord

Avropa Liqasında rekord
10:32 20 Oktyabr 2017
52 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının qrup mərhələsinin III turunda "Vardar"la Makedoniyadakı qarşılaşmada 6:0 hesabı ilə qələbə qazanan "Real Sosyedad" yarışın tarixinə düşüb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, İspaniya təmsilçisi turnirin Avropa Liqası dönəmində ən böyükhesablı nəticəyə şərik olub. 

Belə ki, 2009/10 mövsümündən indiki formatda keçirilən yarışda 6-dan artıq top fərqi qeydə alınmayıb. "Real Sosyedad" beıə qələbəyə sevinən 4-cü komanda olub.

2014/15 mövsümündə "Styaua" (Rumıniya) "Olborq"u (Danimarka), növbəti mövsümdə "Valensiya" (İspaniya) "Rapid" (Avstriya) 6 cavabsız qolla məğlub etmişdi. Ötən mövsümdə Fransa "Lion"u Hollandiya "Alkmaar"lnı eyni fərqlə yenib - 7:1.

Bu komandalara çatan "Real Sosyedad" səfərdə qalib gəlməklə mütləq rekorda da imza atıb. Çünki digər üç komanda 6 top fərqinə evdə sevinib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/592039.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR