Azərbaycan ilk üç rübdə xam neft ixracından 5,9 mlrd. dollar qazanıb

Azərbaycan ilk üç rübdə xam neft ixracından 5,9 mlrd. dollar qazanıb
10:32 20 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan 15,382 mln. ton həcmində xam neft ixrac edib. 
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xam neftin dəyəri 5,883 mlrd. dollar təşkil edib.
Bu ilin 9 ayı ərzində ixrac olunan xam neftin miqdarı ötən ilin müvafiq dövründən 36%, dəyəri isə 20% azalıb.
Hesabat dövründə xam neft Azərbaycanın ümumi ixracının 72,24%-ni təşkil edib.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azerbaycan-ilk-uc-rubde-xam-neft-ixracindan-5-9-mlrd-dollar-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR