Türkmənistanda əhalinin siyahıya alınması keçiriləcək

Türkmənistanda əhalinin siyahıya alınması keçiriləcək
10:37 20 Oktyabr 2017
33 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Türkmənistanda 2022-ci ildə əhalinin və yaşayış fondunun ümumi siyahıya alınması keçiriləcək.
“Report” “CA-NEWS” istinadən xəbər verir ki, bu haqda Türkmənistanın dövlət informasiya agentliyi məlumat yayıb.
Siyahıya alınma BMT-nin İqtisadiyyat və Sosial Şurasının 2015-ci il iyunun 10-da qəbul etdiyi “Əhalinin siyahıya alınması və 2020-ci ildə yaşayış fondu ümumdünya proqramı” qətnaməsi çərçivəsində həyata keçiriləcək. Bunun üçün dövlət komissiyasının yaradılması nəzərdə tutulub.
Qeyd edək ki, rəsmi statistikaya əsasən hazırda Türkmənistan əhalisinin sayı 5 milyon 663 min nəfərdir. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkmenistanda-ehalinin-siyahiya-alinmasi-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR