Sürücülərin nəzərinə: yol bağlaynmayacaq, amma...

Sürücülərin nəzərinə: yol bağlaynmayacaq, amma...
10:47 20 Oktyabr 2017
34 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azəravtoyol" ASC tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri davam etdirilir. Belə ki, bu gün və sabah (20-21 oktyabr) saat 10:00-dan etibarən Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 6-71-ci km-lik hissəsində (hər iki istiqamət) üfüqi nişanlanma xətlərinin yenidən çəkilişi işləri aparılacaq.

"Azəravtoyol" ASC-dən Milli.Az-a verilən məlumata görə, rənglənmə işlərinin aparılması ilə əlaqədar olaraq yolda hərəkət məhdudlaşdırılmır. Sürücülərdən sözügedən ərazidə diqqətli olmaları və yol nişalarına uyğun hərəkət etmələri xahiş olunur.

Yusif Nəsirli
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/592047.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR