Avtomobildən 10 ədəd "Samsung" tapıldı - FOTO

Avtomobildən 10 ədəd "Samsung" tapıldı  - FOTO
10:57 20 Oktyabr 2017
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Avtomobildə gizlədilən mobil telefonlar gömrükdə aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin yük bölməsində, xüsusi düzəldilmiş gizli saxlanc yerində 10 ədəd "Samsung Galaxy J3 Pro" markalı mobil telefon və aksesuarları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/592045.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR