Çexiyada milyaderin baş nazir olacağı gözlənilir

Çexiyada milyaderin baş nazir olacağı gözlənilir
11:02 20 Oktyabr 2017
33 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Çexiyada növbəti parlament seçkisi başlayıb. 
“Report” “DW”-yə istinadən xəbər verir ki, səsvermə oktyabrın 21-də də davam edəcək. 
Rəy sorğularına əsasən mərkəzçi “Narazı Vətəndaşlar Aksiyası” Partiyasının səslərin 30 faizindən çoxunu toplayacağı gözlənilir. Bu siyasi təşkilat 2011-ci ildə milyarder, xeyriyyəçi Andrey Babiş tərəfindən təsis edilib. Partiyanın əsas sponsoru A.Babişin “Aqrofert” Arqo-Kimya şirkətidir. O, Çexiyanın ən varlı ikinici şəxsdir.
Əgər rəy sorğuları özünü doğruldarsa və “Narazı Vətəndaşlar Aksiyası” Partiyası səslərin 30 faizindən çoxunu toplayarsa onda A.Babişin baş nazir olacağı ehtimal edilir.
Qərb mətbuatı çexiyalı miyaderi ABŞ prezidenti Donld Trampa oxşadırlar. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cexiyada-milyaderin-bas-nazir-olacagi-gozlenilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR