BANM 700 bal toplamış tələbələrin sayına görə Respublikada liderdir

BANM 700 bal toplamış tələbələrin sayına görə Respublikada liderdir
11:05 20 Oktyabr 2017
32 Ölkə
Ölkə mətbuatı
A- A+

2017-ci il Bakı Ali Neft Məktəbi (BANM) bir çox göstəricilərə görə Respublika birincisi oldu. Onlardan biri də ali məktəblərə qəbul imtahanlarından maximal bal toplamış tələbələrin sayına görə liderlikdir. Belə ki, 700 bal toplamış bu ilki abituriyentlərin seçdikləri Ali Məktəblər üzrə statistikada BANM birinci yeri tutur. Həmin statistikaya əsasən Respublika üzrə 700 bal toplamış 15 nəfərin 7-nin seçimi BANM olmuşdur. Onlardan 5 nəfər "Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi", iki nəfər isə "Kimya Mühəndisliyi" ixtisasını seçib.

Milli.Az həmin tələbələrin siyahısını təqdim edir:

Əsədzadə Mahirə Məhəbbət qızı

Əliyeva Xalidə Vüqar qızı

Əhmədov Elmir Rövşən oğlu

Cəbrayılov Vahab Fuad oğlu

Əsgərzadə Abdulla Sahib oğlu

Məmmədova Jalə Müşviq qızı

Əliyev Qabil Elçin oğlu

Respublikada müasir və dinamik inkişafı ilə seçilən BANM-in rektoru Elmar Qasımov həmin gənclərlə görüş keçirərərk onların nəinki BANM-in, həmçinin bütün Azərbaycan xalqının fəxri hesab etdiyini vurğuladı, tələbələrlə yaxından tanış oldu və onların gələcək planlarını böyük maraqla dinlədi. Görüş zamanı Ali məktəbin rektoru tələbələrə öz tövsiyyələrini verərək onları daha yeni zirvələr fəth etməyə ruhlandırdı.

Sonda xatirə şəkli çəkdirildi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/592035.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR