Pərviz Şahbazov: Azərbaycan OPEK+ sazişinin uzadılması haqqında qərarı dəstəkləyəcək

Pərviz Şahbazov: Azərbaycan OPEK+ sazişinin uzadılması haqqında qərarı dəstəkləyəcək
11:13 20 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

"Azərbaycan qəbul ediləcəyi təqdirdə, OPEK+ sazişinin uzadılması haqqında qərarı dəstəkləyəcək".

Publika.az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.

Onun sözlərinə görə, cari ilin noyabr ayında OPEC çərçivəsində növbəti iclas nəzərdə tutulub:

“Biz də dəvət edilsək, rəhbərliyin razılığı olsa, iştirak edəcəyik. Təkcə OPEC-lə deyil, bütün beynəlxalq öhdəliklərə hər zaman çox ciddi yanaşılır. Sözsüz ki, OPEC-lə də razılaşma istisna deyil”.

Nazir qeyd edib ki, neft bazarının balanslaşdırmış olması Azərbaycanın marağındadır:

“Tək ölkə bunun öhdəsindən gələ bilməz. Hər hansı bir formatda beynəlxalq aləmində əmkdaşlığa ehtiyac var. Son dövr göstərir ki, OPEC və OPEC+ çərçivəsində atılan addımlar özünü doğruldur. Carı il çərçivəsində neft bazarı tarazlaşıb”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/enerji/217682.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR